Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etmədi

23:33 | 14.04.2018
Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etmədi

Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etmədi

Rusiyanın təşəbbüsü ilə ABŞ və müttəfiqlərinin Suriyadakı addımlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.


Qaynarinfo xəbər verir ki, iclasda ABŞ, Fransa və Britaniyanın Suriyaya raket zərbələri endirməsi müzakirə edilib.


ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli iclasda Suriyanı yeni raket zərbələri ilə hədələyib. ABŞ rəsmisi bildirib ki, əgər növbəti dəfə kimyəvi silahdan istifadə qeydə alınsa, prezident Donald Tramp Suriyaya yeni zərbələrin endirilməsi barədə əmr verməyə hazırdır.


"Prezident dedi ki, əgər növbəti hücum (kimyəvi silahdan istifadə-red) olsa, biz hərəkət etməyə hazırıq", - deyə o bildirib. N. Heyli xəbərdarlıq edib ki, kim ABŞ prezidentinin "qırmızı xətti"ni keçməyə çalışsa, o, hərəkət edir.


Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etməyib. Rusiyanın Suriyaya qarşı aqressiv münasibətə son qoyulması qətnaməsi səs çoxluğu qazanmayıb. Sənəd üzrə səsvermə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın, Britaniyanın və Fransanın Suriyaya zərbələrindən sonra Rusiyanın çağırışı ilə baş tutan təcili iclasında keçirilib. 


Sənədin lehinə Rusiya, Çin və Boliviya səs verib. Lakin 8 ölkə qətnamənin əleyhinə çıxıb. Daha 4 ölkənin nümayəndəsi səsvermələrdə bitərəf qalıb.


Rusiya qətnamə layihəsində koalisiyanın hərəkətlərini pisləyib və ABŞ-dan, onun müttəfiqlərindən Suriya əleyhinə təcavükar münasibətə dərhal son qoyulmasını, habelə BMT nimzamnaməsi və beynəlxalq hüququn pozulması ilə gücdən istifadə edilməməsini tələb edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM