• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Təhsil Nazirliyindən attestatlarla bağlı yenilik

Təhsil Nazirliyindən attestatlarla bağlı yenilik
30.03.2017 13:07
Azərbaycanda orta ümumtəhsil müəssisəsinin şagirdlərinə xüsusi nümunəli və fərqlənmə attestatlarının verilməsi meyarları fərqli olacaq.

ANN.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.

Onun sözlərinə görə, tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək:

"Xüsusi nümunəli və fərqlənmə attestatlarının verilməsi meyarları fərqlidir. Sinifləri əla qiymətlərlə bitirən, imtahan qiymətləri "əla" olan, fənn olimpiadalarında iştirak edən şagirdlərə xüsusi nümunəli attestat veriləcək. Əgər şagird hec bir yarışda iştirak etməyib, ancaq dərslərini oxuyubsa, biz bunu da itirə bilmərik. Buna görə də "əla" oxuyan, amma bilik yarışlarında, olimpiadalarda, digər layihələrdə iştirak etməyən və sertifikatı olmayan şagirdlərə fərqlənmə attestatları veriləcək".

A.Əhmədov qeyd edib ki, xüsusi nümunəli və fərqlənmə attestatı alacaq şagirdlərin siyahısı buraxılış imtahanlarından sonra formalaşdırılacaq.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən yeni redaksiyada təsdiqlənmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi" qaydasına əsasən, ümumi (adi və fərqlənmə) və tam orta təhsil pilləsində (adi, fərqlənmə və xüsusi nümunəli) təhsil alanlara attestat veriləcək. Yeni təhsil sənədləri şagirdlərə bu tədris ilindən başlayaraq veriləcək.

Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təqdim edilir.

Ümumi orta təhsil haqqında attestatın, tam orta təhsil haqqında attestatın və ya onların dublikatlarının hazırlanmasına və verilməsinə görə ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol