Təmsilçilərimiz tarixi uğurun astanasında

Bu gün futbol üzrə Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
ANS PRESS-in məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qəbələ" və "İnter" klubları da növbəti matçlarına çıxır. Gürcüstan "Dinamo"sunu mübarizədən kənarlaşdırmaqla tarix yazan "Qəbələ", daha bir uğura imza atmaq üçün Serbiyanın "Çukariçki" klubunu cəza səbəbindən "Bakcell arena" stadionunda qəbul edəcək.
Bu komandalar arasında səfərdə baş tutan ilk qarşılaşmada Serbiya təmsilçisi 1:0 hesabı ilə qələbə qazanmışdı. Bakıda da eyni hesab qeydə alınsa, matç uzatma dəqiqələrinə gedəcək. İstənilən hesablı bərabərlik Serbiya klubunun xeyrinə olacaq. Ona görə Roman Qriqorçukun yetirmələri ən azı iki top fərqi ilə qələbə qazanmağa çalışacaq. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.
21:00. "Qəbələ" (Azərbaycan) - "Çukariçki" (Serbiya)
Baş hakim: Radek Prjixoda (Çexiya)
Bakı. 8-ci klometr qəsəbə stadionu
İlk oyun – 0:1
Digər təmsilçimiz Bakının "İnter" klubu da cavab qarşılaşmasını doğma divarlar arasında keçirəcək. Albaniya "Laçi"sini mübarizədən kənarlaşdıraraq mərhələ adlayan Zaur Svanadzenin komandası "İnter Arena"da İslandiyanın "Hafnarfyordur" klubunu qəbul edəcək.
Səfərdə 2:1 hesablı qələbə qazanmaqla böyük üstünlük əldə edən bakılılar cavab qarşılaşmasında 0:1 hesabı ilə məğlub olsa belə mərhələ adlayacaq. İstənilən hesablı heç-heçə də komandamızın xeyrinə olacaq. Tarixi ərzində üçüncü mərhələyə adlaya bilməyən "İnter" artıq bu uğura çox yaxındır.
21:00. "İnter" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya)
Baş hakim: Yaroslav Kozık (Ukrayna)
Bakı. "İnter Arena” stadionu
İlk oyun – 2:1
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 