Təranənin halı pisləşdi: Allahdan ölüm istədim - FOTO

23:07 | 27.08.2018
Təranənin halı pisləşdi: Allahdan ölüm istədim - FOTO

Təranənin halı pisləşdi: Allahdan ölüm istədim - FOTO

Prodüser Təranə Səmədovanın halı pisləşib.
Oxu.Az xəbər verir ki, o, xəstə yatağındakı fotosunu sosial media hesabında paylaşıb.
Prodüser onun bu vəziyyətinə sevinənlərin olduğunu da bildirib: 
"Həyat məni çox sınağa çəkdi, səhv seçimlər, səhv addımlar, səhv adamlar, səhv məkanlar, hamısının altını çəkirəm.. 
Mən həyatda çox sındım, sındırılmağa çalışıldım, amma həyat arada-sırada ani xoşbətliklərlə də başımı qatdı, bu qədər əzilməklərimin qarşılığında "nə yaxşı ki, varsan" deyə biləcəyim insanları da yetirdi mənə, elə ən böyük təskinliklərimi də onlarda tapdım, bundan sonra da qoy sarsılım, üzülüm, bəs bəzi insancıqlar həyatda nədən sevinsinlər, nədən zövq alsınlar? 
Amma ən böyük qələbəm də elə varlığımdır, bu gün artıq üsyan edirdim, Allahdan ucuz bir ölüm istəyirdim, amma indi düşünürəm ki, inşallah Rəbbim mənə uzun ömür verər. Narahat etdiyim insanlar qoy elə mənə görə narahat həyatlarını yaşasınlar, qoy arada-sırada sevinsinlər də, lap elə bu şəkildəki görüntümə sevindikləri kimi... Hər yıxılmağım növbəti zəfərim üçün təkandır".
Qeyd edək ki, prodüser uzun müddətdir şou tədbirlərindən kənar gəzib, evdar həyat sürür.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb