Tereza Mey hakimiyyətdən kənarlaşdırıla bilər

22:30 | 16.11.2018
Tereza Mey hakimiyyətdən kənarlaşdırıla bilər

Tereza Mey hakimiyyətdən kənarlaşdırıla bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə üzvü baş nazir Tereza Meyə etimadsızlıq məsələsinə dair səsvermə keçirməyi təklif ediblər.

Bu barədə "The Guardian” nəşrinin müxbiri Kristofer Xoup öz "Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, buna səbəb ölkənin Avropa İttifaqından (Brexit) çıxmasıdır.

Xoup yazır ki, səsvermə noyabrın 20-də keçiriləcək. 

"Parlamentin 48 üzvü komitə rəhbəri Qrem Brediyə baş nazirə etimadın itirilməsinə dair məktub göndərəcəklər”, - deyə o bildirib. 

Qeyd edək ki, qaydalara uyğun olaraq, etimadsızlıq proseduru parlamentarilərin azı 15 faizinin (48 nəfər) hökumət başçısına etibarını itirmələri barədə müraciət etməsi halında başlaya bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM