Tereza Meyə sui-qəsd hazırlanıbmış

21:19 | 19.07.2018
Tereza Meyə sui-qəsd hazırlanıbmış

Tereza Meyə sui-qəsd hazırlanıbmış

Böyük Britaniyada baş nazir Tereza Meyə sui-qəsd və Dauninq-stritə hücum planlaşdıran gənc oğlan yaxalanıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb. 

Qeyd edilib ki, 20 yaşlı oğlan Suriyada dayısının ölümünə görə intiqam almaq istəyib. 

Məlumatlara görə, cinayətkarı özlərini ekstremistlər kimi təqdim edən polislər yaxalayıb. Gənc oğlan cinayəti törətməklə bağlı həmin şəxslərdən kömək istəyibmiş.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM