ABŞ prezidenti Donald Tramp təhlükəsizlik üzrə müşaviri Herbert Makmasteri istefaya göndərib.
Anews.az Trend-ə istinadən bildirir ki, ABŞ lideri bu barədə öz Twitter hesabında yazıb.
Makmasteri ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Con Boltonun əvəz edəcəyi bildirilir.
"9 aprel 2018-ci il tarixindən etibarən Con Boltonun təhlükəsizlik üzrə yeni müşavirim olacağı barədə xəbər verməyə şadam. General Makmasterə gördüyü işlərə görə minnətdarlığımı bildirirəm", - deyə o öz Twitter hesabında yazıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !