Tramp NATO-dan istədiyini aldı

20:46 | 12.07.2018
Tramp NATO-dan istədiyini aldı

Tramp NATO-dan istədiyini aldı

ABŞ Prezidenti Donald Tramp NATO-ya üzv ölkələrin müdafiə xərclərini 2 faiz həcmində artırmağa söz verdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, ABŞ Prezidenti ölkəsinin bundan sonra NATO-nun ədalətli münasibətinə inandığını qeyd edib. ABŞ prezidenti ölkəsinin müdafiə xərcləri barədə tələblərinin təmin olunmayacağı halda NATO-dan çıxacağı iddialarını da təkzib edib.

"Dünən bir qədər sərt çıxış etdim, ancaq NATO-ya inamım tamdır. NATO bizdən daha çox Avropaya kömək edir. NATO-dan çıxa bilərəm, ancaq buna ehtiyac duymuram”, - Tramp bildirib.

Ağ Evin rəhbəri 25 ölkə arasında sadəcə 5-nin NATO-nun müdafiə xərcləri hədəflərinə çatdığını vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM