Tramp Putinlə görüşdən əvvəl Ərdoğanla danışdı

19:19 | 16.07.2018
Tramp Putinlə görüşdən əvvəl Ərdoğanla danışdı

Tramp Putinlə görüşdən əvvəl Ərdoğanla danışdı

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdən əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu” agentliyi yayıb. Bildirilib ki, telefon danışığı zamanı liderlər Suriyada hazırda hökm sürən vəziyyət barədə fikir mübadiləsi aparıblar. Onlar PKK/YPG-PYD silahlılarının Mənbicdən çıxmasını müzakirə ediblər.
Bundan başqa, dövlət başçıları ikitərəfli münasibətlərin möhkəmləndirilməsində qətiyyətli olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, hazırda Helsinkidə Donald Trampın Vladimir Putinlə görüşü keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM