• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Türkiyədə daha 3 polis rəisi işdən çıxarıldı - VİDEO

Türkiyədə daha 3 polis rəisi işdən çıxarıldı - VİDEO
28.12.2013 16:14
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Sakarya Universitetindəki çıxışında "ikinci rüşvət əməliyyatı"nı başladan xüsusi səlahiyyətli prokuror Muammer Akkaşı təhqir edib.APA TV-nin xəbərinə görə Ərdoğan belə deyib: "Bir prokuror ədliyyəyə qarşısında bəyanat paylayarmı? Bu adam üz qarasıdır. Hakimlər və Prokurorların Ali Şurasına cinayətlə bağlı müraciət edirəm". Ərdoğan hökumətin təklif etdiyi Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin idarəetmə prosedurunda dəyişikliyi "Konstitusiya pozuntusu" kimi qiymətləndirən Hakimlər və Prokurorların Ali Şurası haqqında "Hakimlər və Prokurorların Ali Şurası da cinayət edib. Bunları kim mühakimə edəcək? Səlahiyyətim çatsa, mən mühakimə edərdim. Bunları millət mühakimə edəcək!", deyə bildirib. Mummer Akkaş bir müddən əvvəl "ikinci rüşvət əməliyyatı"nın gedişində polisin prokurorluğun tələblərini yerinə yetirmədiyini və bəzi şübhəlilərin qaçmasına zəmin yaratdığını demişdi. Türkiyənin tanınmış iş adamı Ali Ağaoğluna aid "Bakırköy 46 Proyekti" İstanbul 8-ci İdarə Məhkəməsinin qərarı ilə dayandırlıb. Ağaoğlu bildirib ki, proyektin sənədi deyil, planı ləğv olunub və qərara etiraz edəcəklər. Dekabrın 17-də keçirilən rüşvət əməliyyatının birinci günü istintaq cəlb edilən Ağaoğlu dindirildikdən sonra ölkədən çıxışına qadağa qoyulmaqla sərbəst buraxılıb. Kocaeli Polis İdarəsində 3 şöbə müdiri vəzifəsindən azad edilib. Məlumata görə, azad edilən müdirlər Kəşfiyyat Şöbəsinin müdiri Metin Canbay, Terrola Mübarizə Şöbəsinin müdiri Ali Çavdar və Kiber Hücumlarla Mübarizə Şöbəsinin müdiri Turan Şahindir.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dünya 08:18
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Dünya 00:12
Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
İsrailin xəbərdarlığından sonra 300 mindən çox sakin Qəzza şəhərini tərk edib
Dünya 22:00
İsrailin xəbərdarlığından sonra 300 mindən çox sakin Qəzza şəhərini tərk edib
Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verib
Dünya 21:26
Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verib
İndoneziyada zəlzələ olub
Dünya 20:35
İndoneziyada zəlzələ olub
Hindistanda 5,9 maqnitudada zəlzələ baş verib
Dünya 17:19
Hindistanda 5,9 maqnitudada zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol