Türk ordusu hədəfləri darmadağın etdi – Foto

18:00 | 21.02.2018
Türk ordusu hədəfləri darmadağın etdi – Foto

Türk ordusu hədəfləri darmadağın etdi – Foto

Afrin əməliyyatının 33-cü günündə Türkiyə Silahlı Qüvvələri və ASO düzənlik ərazilərdə irəliləməyə davam edib.

Axar.az xəbər verir ki, türk ordusunun Gülbaba düzündəki Darmık dağında yerləşdirilən tank və artilleriya qüvvələri terrorçulara ağır zərbələr endirib.

Məlumata görə, endirilən zərbələrlə Darmık dağının arxasındakı terrorçu mövqeləri darmadağın edilib, bundan sonra ordu irəliləməyə davam edib.

Qeyd edək ki, Türkiyə "Zeytun budağı” əməliyyatında 1780 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM