Türkiyə İraqın yenidən bərpası üçün 5 milyard dollar kredit ayıracaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"İraqın Yenidən Bərpası Beynəlxalq Konfransında İraqa 5 milyard dollar kredit ayıracağımızı açıqladıq. Qonşusu, dostu və etibarlı müttəfiqi olaraq iraqlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”, - nazir qeyd edib.
Qeyd edək ki, türk firmalarının İraqda həyata keçirdiyi və öhdəsinə götürdüyü layihələrin ümumi dəyəri 25 milyard dollara bərabər olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !