Türkiyə dron-kamikadzelərini modernləşdirib

22:20 | 23.04.2018
Türkiyə dron-kamikadzelərini modernləşdirib

Türkiyə dron-kamikadzelərini modernləşdirib

ABŞ-ın Türkiyəyə pilotsuz uçuş aparatı satmaqdan imtina etməsi Ankaranı öz dronlarının istehsalını sıfırdan başlamağa vadar edib.

"Anadolu” agentliyi xəbər verir ki, Ankara diqqətini PUA-ların, o cümlədən BPLA-kamikadze kəşfiyyat aparatlarının müasir modifikasiyasına yönəldib. 

Dron-kamikadzelərin digər PUA-lardan fərqi ondandır ki, bu aparatlar hədəfi təyin etməklə yanaşı, onu məhv etmək gücünə malikdir. Bununla yanaşı, hədəf tapılmasa, dronlar start nöqtəsinə geri qayıdır. 

Oxu.Az-ın məlumatına görə, Türkiyənin STM hərbi şirkəti ALPAGU Blok II və KARGU pilotsuz uçuş aparatlarını modernləşdirib. 

"Yüksək taktiki-texniki xüsusiyyətlərinə görə bu PUA-lar döyüş əməliyyatlarında əhəmiyyətli üstünlüyə malik olur”, - STM şirkətinin baş direktoru Davud Yılmaz deyib.

Onun sözlərinə görə, bir qrup "ağıllı” uçuş aparatlarını eyni anda idarə etmək üçün xüsusi texnologiya yaradılıb. 

STM yenilənmiş BPLA aparatının təqdimatını aprelin 25-29-da Antalyada keçiriləcək Türkiyənin ilk beynəlxalq hava sərgisini olan "Eurasia Airshow”da təqdim edəcək. Bu tədbir çərçivəsində türk şirkətlərinə öz dronlarını digər ölkələrə satmaq üçün müqavilə imkanlarının yaradılacağı istisna deyil. Yılmaz qeyd edib ki, bir çox dövlətin türk PUA-larına marağı artacaq. 

Agentliyin məlumatına görə, ALPAGU, ALPAGU Blok II, KARGU və БПЛА TOGAN dronları avtomatik idarəetmə imkanına malikdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb