Türkiyə ordusu üç PKK başçısını məhv edib

Dünya 26-05-2018 10:20
Türkiyə ordusu üç PKK başçısını məhv edib
Türkiyə silahlı qüvvələrinin Diyarbəkir, Mardin və Siirt vilayətlərində, həmçinin İraqın şimalında mayın 18-dən 24-ə kimi keçiridiyi anti-terror əməliyyatları nəticəsində 49 terrorçu məhv edilib.

anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə SQ-nin baş qərargahı bəyanat yayıb.

Qərargahdan bildiriblər ki, öldürülənlər arasında PKK terrorçu qruplaşmasının üç başçısı var.

Bundan başqa əməliyyatların gedişində 37 partlayıcı qurğu və mina zərərsizləşdirilib, terrorçuların 11 istinadgahı məhv edilib.

Toqquşmalarda ordu yeddi şəhid verib, 12 hərbçi yaralanıb.

Bu müddət ərzində Türkiyə dövlət sərhədini pozmağa cəhd edən 7473 nəfər saxlanılıb.

www.anews.az