Türkiyə tankları Suriyanın Afrin şəhərinə daxil olub və Azad Suriya Ordusuna kürd qruplaşmalarına qarşı əməliyyatlarda dəstək verir, bu barədə NTV telekanalı hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, türkiyə zirehli texnikası kürdlərin ciddi müqaviməti ilə qarşılaşmayıb. PKK terrorçuları sərhəddən çəkiliblər.
Türkiyə Silahlı Qüvvələri Hatay vilayətinə xüsusi təyinatlı dəstələr, haubitsalar və tanklar göndərib.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, xüsusi təyinatlılar Reyhanlı, Hassa və Qırıqxan rayonlarına yerləşdiriliblər.
Xatırladaq ki, bundan əvvəl Türkiyə ordusu Bakı vaxtı ilə saat 18:00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı” əməliyyatına başlayıb.
Baş Qərargahın məlumatına əsasən, əməliyyatda 72 hərbi təyyarə iştirak edib, müəyyən edilmiş 113 hədəfdən 108-i vurulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !