Türkiyə tribunalarında “Qarabağ” plakatı

09:00 | 23.10.2017
Türkiyə tribunalarında “Qarabağ” plakatı

Türkiyə tribunalarında “Qarabağ” plakatı

"Sabah” qəzetinin yazarı Mövlud Tezelin "Qarabağ” azarkeşləri haqqında yazdığı təhqiredici yazıya Türkiyə klublarının azarkeşlərindən reaksiya gəlib.
"Qafqazinfo”nun məlumatına görə, "Trabzonspor” və "Bursaspor” klublarının azarkeşləri tribunada A4 vərəqlərinə yazılmış "Qarabağ” plakatını nümayiş etdiriblər.

Klubların azarkeş qrupları tərəfindən verilən açıqlamada Mövlud Tezeli qınadıqlarını və "Qarabağ”ın yanında olduqlarını bildiriblər.

Bundan başqa, Türkiyənin 3-cü liqasının 2-ci qrupunda baş tutan "Turqutluspor” – "Kayseri Ərciyəsspor” matçında azarkeşlər Azərbaycan və Türkiyə bayraqları qaldırıblar. Həmçinin, "Ən kasıb, ən gülməli, ən əzik inad "Qarabağ” qürurumuzdur” şüarı yazılmış plakat açıblar. Lakin polisin müdaxiləsindən sonra plakat tribunadan götürülüb. Buna görə polis və azarkeşlər arasında qısa mübahisə yaşanıb.

Nəhayət, "Qarabağ”a dəstək heç-heçə başa çatan "Qalatasaray"-"Fənərbağça" derbisində də nümayiş etdirilib. Bu dəfə dəstək "Qalatasaray" fanatlarından gəlib.

Qeyd edək ki, M.Tezelin yazısı saytdan çıxarılıb və o, Azərbaycan xalqından və "Qarabağ” azarkeşlərindən üzr istəyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb