Türkiyədə alman jurnalist azadlığa çıxıb

18:00 | 16.02.2018
Türkiyədə alman jurnalist azadlığa çıxıb

Türkiyədə alman jurnalist azadlığa çıxıb

Türkiyədə bir ildən çox həbsdə olan Almaniyanın "Die Welt” qəzetinin müxbiri Deniz Yücel sərbəst buraxılıb.

Anews.az xəbər verir ki, bu barədə "Die Welt” jurnalistin vəkilinə istinadən məlumat yayıb.

Almaniya XİN də informasiyanı təsdiq edib.

Türkiyə və Almaniya vətəndaşlığı olan Yücel 14 fevral 2017-ci ildə İstanbulda dindirilmə (sorğu-sual) məqsədilə saxlanılıb, daha sonra polis nəzarətinə götürülüb.

İki həftə sonra məhkəmə terror təbliğatı və milli zəmində ədavət salma ittihamı ilə ona qarşı həbs-qətimkan tədbiri seçib.  

Jurnalist ötən ilin fevralın 27-dən Silivri həbsxanasında saxlanılırdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM