Türkiyədə Azərbaycanı təmsil edən idmançılar qalib oldular - FOTOLAR

16:56 | 23.02.2019
Türkiyədə Azərbaycanı təmsil edən idmançılar qalib oldular - FOTOLAR

Türkiyədə Azərbaycanı təmsil edən idmançılar qalib oldular - FOTOLAR

Türkiyənin Kəmər şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlar arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib. 


Autizmlilərin İdman Klubunun mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, turnirdə Azərbaycanı Autizmlilərin İdman Klubu (AİK) təmsil edir. Stolüstü tennis üzrə turnirdə 12 və yuxarı yaş qrupundan olan idmançılar qatılıblar. 


Turnirin ikinci günündə idmançılarımız 4 medal - 1 qızıl 2 gümüş 1 bürünc medal qazanıblar. Belə ki, yarışda iştirak edən Nicat Həmidov 1-ci, Rza Bayramov və Xaqan Əliyev 2-ci yer, Kamal Bayramov isə 3-cü yerin sahibi olub.


Qeyd edək ki, Türkiyədə stolüstü tennis üzrə turnirə fevral ayının 22-dən start verilib. Fevralın 24-də isə turnir yekunlaşır. 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb