ANEWS.AZ Türkiyə mediasına istinadən xəbər verir ki ,həftə başından başlayaraq indiyə kimi aşağı enməkdə davam edən dollar dünən gecə birjalar bağlandıqdan sonra gələn Qatarın Türkiyəyə 15 milyard dollarlıq sərmayə qoyacağı xəbəri ilə 5,8580-ə gerilədi və günü 7.2 % azalma ilə 5,9039'dan tamamladı.
Bu gün isə saat 09.45-dən etibarən dolların səviyyəsi 5,70-də sabitləndi.
Bəzi analitiklər isə ABŞ və Çin görüşmələrindən sonra texniki baxımdam dolların 6 TL altında qaldığı müddətcə dolların düşüşünün davam edəcəyini və dolların 5 TL səviyyəsində olmasının gündəmə gələ biləcəyini bildirirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !