Türkiyədən ABŞ-a cavab: Alternativlərimiz var

15:40 | 19.06.2018
Türkiyədən ABŞ-a cavab: Alternativlərimiz var

Türkiyədən ABŞ-a cavab: Alternativlərimiz var

ABŞ-ın bu təşəbbüsü üzücüdür və strateji tərəfdaşlıq ruhuna ziddir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın Türkiyəyə silah satışını qadağan edən qanun layihəsindən danışarkən deyib.

Yıldırım Türkiyənin başqa alternativlərinin olduğunu deyib.

Qeyd edək ki, ABŞ Konqresi Milli Müdafiə haqqında qanun layihəsini qəbul edib. Layihəyə "Patriot" hava hücumundan müdafiə sistemlərinin, "Çaynuk" tipli ağır nəqliyyat, "AH-1 Kobra", "H-60 Black Havk" tipli hücum helikopterlərinin, F-35 və F-16 hərbi təyyarələrinin Türkiyəyə satılmasını qadağan edən xüsusi maddə əlavə olunaraq, təsdiqlənməsi üçün Donald Trampa təqdim ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb