Türkiyədən ABŞ-a növbəti zərbə

13:19 | 16.08.2018
Türkiyədən ABŞ-a növbəti zərbə

Türkiyədən ABŞ-a növbəti zərbə

İyunda Türkiyə ABŞ-ın dövlət borcuna yatırımları azaldaraq, Amerika xəzinədarlıq kağızlarının ən böyük alıcıları siyahısını tərk edib. 

Oxu.Az xəbər verir ki, hesabat dövründə ABŞ-ın dövlət borcu 28,8 mlrd. dollaradək azalıb.

Mayda isə bu göstərici 32,6 mlrd. dollar olub. 

Bildirilir ki, Türkiyə ötən ilin noyabrında ABŞ qiymətli kağızlarına yatırımlarını azaldır. O zaman həmin yatırımların həcmi 61,2 mlrd. dollar təşkil edirdi. 

İyun azalması nəticəsində Türkiyə ABŞ dövlət borcunu saxlayan ən böyük dövlətlərin siyahısını tərk edib. İndi sonuncu yer 31,6 mlrd. dollarlıq yatırım etmiş Filippinə məxsusdur.

İyunun yekunlarına görə, siyahıya Çin başçılıq edir: onun ABŞ dövlət borcuna yatırımları 1,179 trillion dollar təşkil edir ki, bu da mayla müqayisədə 0,4% azdır. 

İkinci yerdə 1,03 trillion dollarla Yaponiya, üçüncü yerdə isə 300,1 mlrd. dollarla Braziliya qərarlaşıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb