Türkiyədən ABŞ-ı şoka salacaq addım: Vaşinqtonu dəliyə döndərəcək fakt üzə çıxdı

22:12 | 07.09.2018
Türkiyədən ABŞ-ı şoka salacaq addım: Vaşinqtonu dəliyə döndərəcək fakt üzə çıxdı

Türkiyədən ABŞ-ı şoka salacaq addım: Vaşinqtonu dəliyə döndərəcək fakt üzə çıxdı

Türkiyə Rusiyadan alınacaq S-400 zenit-raket kompleksləri üçün meydançanın tikintisinə başlayıb.
Bu haqda peyk şəkilləri ilə tanış olmuş mənbəyə istinadən CNBC telekanalı bildirib.
Kanal qeyd edir ki, beləliklə Ankara bu silah sistemlərinin alınması haqqında ABŞ-ın xəbərdarlıqlarının əksinə hərəkət etməyə davam edir. Kanalın mənbəyinin sözlərinə görə, beton örtüyu və bunkerlərlə raket poliqonunun peyk şəkillərinin olduğu məruzə bir ay əvvəl hazırlanıb.
Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib.
ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.
Güman edilir ki, S-400 sistemləri 2019-cu ildə Türkiyəyə daxil olacaq və 2020-ci ildə döyüş tətbiqinə hazır olacaq.
Məlumatlara görə, S-400 ABŞ istehsalı THAAD raket komplekslərinin hərəkət radiusu üzrə üstələyir.
Xatırladaq ki, avqustun 13-də ABŞ prezidenti 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib. Müdafiə büdcəsi layihəsinə F-35 beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib.
Büdcə layihəsinə görə, Türkiyənin F-35 proqramından tamamilə çıxarılıb-çıxarılmayacağı barədə yekun rəyin yer alacağı hesabat tamamlanana qədər qırıcıların çatdırılması təxirə salınacaq. ABŞ-ın Müdafiə Nazirliyi Dövlət Departamenti ilə məsləhətləşərək 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamalıdır. Hesabatda Türkiyənin F-35 proqramından çıxarılmasının iki ölkə arasındakı münasibətlərə və ABŞ sənayesinə təsiri qiymətləndiriləcək.
Türkiyəyə F-35-lərin çatdırılmasının təxirə salınmasına səbəb olaraq Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və amerikalı rahib Endyu Branson da olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə saxlanılması göstərilir.
Qeyd edək ki, F-16 vǝ F-18 kimi döyüş təyyarələrindən dörd qat daha təsirli olduğu bildirilǝn F-35-lǝrin həm havadan havaya, həm də havadan quruya hücum qabiliyyəti var. Radara yaxalanmama xüsusiyyətinə malik yeni nəsil təyyarələrin 1990-ci ildə dizaynı hazırlanıb, sonra isǝ ABŞ və İngiltərənin rəhbərlik etdiyi konsorsium tərəfindən istehsal edilib.
Türkiyənin 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları isə Kanada, Avstraliya, Kanada, Danimarka, İtaliya, Hollandiya, Norveç, İngiltərə və Almaniyadır. İsrail, Yaponiya və Cənubi Koreya da konsorsiumun təyyarələrindən alacaq. (Publika)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb