UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən danışdı

11:10 | 20.10.2018

UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədovla Floyd Meyvezerarasında baş tutması gözlənilən görüş barədə danışıb.

O, ESPN telekanalına açıqlamasında bunun şayiədən başqa bir şey olmadığına işarə vurub:

 

"Buna fikir verməyin. Hər şeydən əvvəl Meyvezerin komandası bizə, ümumiyyətlə, müraciət etməyib. Həbibin isə UFC ilə qüvvədə olan müqaviləsi mövcuddur”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrın 14-də amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb. Meyvezer isə bildirib ki, Nurməhəmmədov boks qaydaları ilə döyüşməyə razılıq versə, buna hazırdır./oxu.az


www.anews.az