• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

UNEC tələbələri AccessBank-da gedən proseslərlə tanış olublar

UNEC tələbələri AccessBank-da gedən proseslərlə tanış olublar
06.06.2018 14:27
"UNEC Conversation Club" layihəsinin iştirakçısı olan tələbələr AccessBank-ın bir sıra departamentlərinin iş prosesi ilə tanış olub.

Tələbələrin istəklərinə əsasən, ekskursiya bankın "Mərkəz" filialından başlayıb. Filialın əməkdaşları tələbələrə kreditlərin verilməsi və ödənilməsi prosesinin dərinliklərini izah edib.

Ardınca ekskursiya iştirakçıları filialın əməliyyat şöbəsində gedən proseslərlə tanış olub. Şöbənin əməkdaşları qeyri-kredit məhsulları üzrə müştərilərə göstərilən xidmətlərdən danışıb.

Növbəti dayacanaq Xəzinədarlıq departamenti idi. Departament rəhbəri Cavid Rzayev tələbələrin nəzərinə çatdırıb ki, struktur bölmənin əsas vəzifələrindən biri likvidliyin idarə olunması, səhm və istiqraz bazarında iştirakdır.

Korporativ bankçılıq departamentində isə tələbələrin diqqətinə hüquqi şəxslərə, o cümlədən iri şirkətlərə göstərilən xidmətlərdən, korporativ satışlar və sənədli əməliyyatlardan bəhs olunub.

Ekskursiya Marketinq departamentinin iş prosesi ilə tanışlıqla bitib. Departament direktoru Günay Cəlilova bildirib ki, marketinqin əsas məqsədi satışların artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir. Onun sözlərinə görə, departamentin əsas məqsədi bankın bazar payının artırılması, yeni məhsulların yaradılmasıdır. G. Cəlilova marketinqin əsas elementləri kimi reklam, PR, promo-aksiyalar, brendin inkişaf etdirilməsini göstərib bə əlavə edib ki, bunların hər biri satışların atrırılmasına hesablanıb.

Bankda gedən proseslərlə tanışlıq tələbələrin böyük marağına səbəb olub. Tələbələrin sözlərinə görə, proseslərlə əyani tanışlıq yeni biliklərin əldə olunmasına səbəb oldu. Bunu nəzərə alaraq, bank tərəfindən yaxın vaxtda növbəti ekskursiyanın təşkil olunacağı nəzərdə tutulub.

Qeyd edək ki, AccessBank-ın dəstəyi ilə start götürən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənir.

 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İqtisadiyyat 14:55
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
İqtisadiyyat 11:03
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:33
Qızılın qiyməti ucuzlaşıb


Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
İqtisadiyyat 09:35
Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
İqtisadiyyat 09:14
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
İqtisadiyyat 17:45
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol