Uşaqlar arasında virusların yayılma səbəbi

16:00 | 21.02.2018
Uşaqlar arasında virusların yayılma səbəbi

Uşaqlar arasında virusların yayılma səbəbi

Uşaqlar arasında virusların, epidemiyaların son vaxtlar bu cür kəskin yayılmasına səbəb xəstəliyə yoluxmuş uşağın o vəziyyətdə məktəbə və bağçaya aparılmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri uşaq həkimi, pediatr Vaqif Qarayev son vaxtlar yayılan xəstəliklərə uşaqların daha çox yaylmasını şərh edərkən deyib.

V.Qarayev bildirib ki, indi yayılan infeksiyalarda ağırlaşma halları çoxalır. Səbəb isə məsuliyyətsiz valideyn və məktəb, bağçadır:

"Bronxit, pnevmoniya, sinusitlər (haymorit, frontit) ağırlaşma kimi hallar hər gün müşahidə olunur. Heç cür anlamaq olmur ki, xəstə uşaq məktəbə-bağçaya niyə gedir? Ağırlaşma olan uşaqların əksəriyyəti məktəb-bağça uşaqlarıdır. Xəstəlik vərəqəsi götürüb evdə uşağa qulluq eləmək çətindirmi? Buna kim və ya nə mane olur? Təcrid eləmirlər xəstə uşağı, ancaq etməlidilər. Nəticədə ağırlaşmalar çoxalır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb