Uşaqlar bir yaşından bağçaya gedə biləcək

16:13 | 18.05.2018
Milli Məclisdə "Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Anews.az-ın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə üç yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların bir yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, "Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil üç yaşından başlayır:

"Amma uşağı üç yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə "Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin bir yaşından başlanılmasına qərara alınıb.

Dünyada hətta 2-3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq bir il ana tərbiyəsi almalıdır. Biz "Təhsil haqqında” qanunda uşaqların bir yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.

www.anews.az