• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Uzaq məsafədən cərrahi müdaxilələr reallaşacaq

Uzaq məsafədən cərrahi müdaxilələr reallaşacaq
06.05.2015 20:12
Yaxın gələcəkdə cərrahlar uzaq məsafədən əməliyyat həyata keçirə biləcək. Florida Xəstəxanasının yanında Nikolson Mərkəzində hazırlanan texnologiyalar məsafədən cərrahi müdaxilələr həyata keçirməyə imkan verəcək.

Avtomatlaşdırılmış cərrahi komplekslərin uzaq məsafədən idarə edilməsi tibbi mərkəzlərin imkanlarını xeyli genişləndirməyə kömək edəcək. Alimlər artıq ABŞ-ın Təhlükəsizlik Departamentindən 4,9 milyon dollar məbləğində qrant alıblar və sınaqlar seriyasını başa çatdırıblar.

"ICTnews" elektron xəbər xidməti "mail.ru” saytına istinadən bildirir ki, uzaq məsafədən cərrahi müdaxilələr amerikalı hərbçilər üçün xüsusi maraq kəsb edir: mobil hospitallarda məsafədən əməliyyatların aparılması döyüş meydanında zədələnmiş əsgərlərə birinci dərəcəli tibbi yardım  göstərməyə imkan verəcək. Bu səbəbdən alimlər diqqətini məlumatların ötürülməsi zamanı böyük məsafələrin aradan qaldırılması üzərində cəmləyiblər.

Əvvəllər də belə cərrahi müdaxilələr keçirilib, ancaq cərrah və avtomatlaşdırılmış qurğu bir-birinə yaxın məsafədə yerləşib və idarəetmə pultu və cərrahi alətlər simli rabitə kanalları ilə əlaqləndirilib. İndi isə alimlər məlumatların internet üzərindən ötürülməsi imkanı daxil olmaqla cərrahların imkanını genişləndirməyə çalışır.
Bir problem mövcuddur: qlobal şəbəkə kanalları üzrə məlumatların ötürülməsi gecikmələrlə müşayiət oluna bilər ki, bu da cərrahiyə əməliyyatının keçirilməsi prosesində kritik əhəmiyyət daşıyır. Maksimum mümkün gecikmə 200 millisaniyəni ötmədikdə bu texnologiya təcrübədə tətbiq oluncaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Maska: Sənin üçün darıxdım...
Dünya 10:50
Trampdan Maska: Sənin üçün darıxdım...
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
Dünya 20:00
KİV: Suriyada parlament seçkiləri oktyabrın 5-nə təxirə salınıb
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Dünya 18:30
London, Berlin, Brüssel hava limanları kiberhücum səbəbindən reysləri ləğv edir
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Dünya 15:31
Özgür Özel yenidən CXP-nin sədri seçilib
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Dünya 14:56
Əhməd əl-Şaraa ABŞ-a səfər edib
Türkiyədə fabrikdə yanğın başlayıb
Dünya 10:10
Türkiyədə fabrikdə yanğın başlayıb
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
Dünya 09:00
Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Dünya 22:30
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Dünya 21:29
Tramp Suriya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol