Uzun ömürlük sirri məlum oldu

22:00 | 15.01.2019
Uzun ömürlük sirri məlum oldu

Uzun ömürlük sirri məlum oldu

Nəsildə uzun ömürlü qohumların olması digər ailə üzvlərinin uzun ömürlük şanslarını artırır.

Anews.az oxu.az-a istinadən bildirir ki, bu haqda məlumat "MedicalXpress" nəşrində dərc olunub.

Tədqiqatçılar 1740-cı ildən bəri gəlib-getmiş 20 min ailədən 315 min nəfərin nəsil şəcərəsini araşdırıblar. Alimlər müəyyən ediblər ki, uzun ömürlü qohumların sayı nə qədər çox olarsa, erkən ölüm riski bir o qədər aşağı düşür.

Hər hansı şəxsin hər iki valideyni uzun ömür sürdükdə, onun erkən ölüm riski 31 faiz aşağı düşür. Əmiləri-dayıları və xalaları-bibiləri uzun ömürlü olan şəxslərdə erkən ölüm riski daha da aşağı olur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM