• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Vağzalda kassa böhranı - VİDEO

Vağzalda kassa böhranı - VİDEO
25.12.2015 20:26
Bu gün saat 16 radələrindən dəmir yolu kassaları işini dayandırıb.

Bu gün günorta saatlarından başlayaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kassalarında bilet satışı dayandırılıb. 

Sərnişinlərin ANS PRESS-ə verdiyi məlumata görə, bilet satışının dayanması kassaların qarşısında izdiham yaranmasına səbəb olub. Şəmkir rayonuna getmək üçün bilet almaq istəyən Hikmət Əzizovun verdiyi məlumata görə, kassadan buna səbəb kimi internetdə yaranmış problem göstərilir. 

"Hazırda mənim kimi çox sayda insan rayona getmək üçün dəmiryol kassalarının qarşısında növbə gözləyir. Bilet satışının internetdə yaranan problem aradan qaldırıldıqdan sonra bərpa ediləcəyi bildirilir. Ancaq hazırda mənim kimi hər kəs soyuqda bilet satışının bərpa ediləcəyini gözləyir. Axşam vaxtı olduğunu və insanların getdikcə daha da çoxalacağını düşünsək, bir azdan burada hansı vəziyyətin olacağını düşünmək çətin deyil. Hazırda da kassalar qarşısında gözləyənlərin sayı artır”, - deyə Hikmət Əzizov bildirdi.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşıma departamentinin rəhbəri Elyar Muradov ANS PRESS-ə bildirib ki, proqram təminatına edilən dəyişikliyə görə, bilet satışlarında problemlər yaşanır. Qısa zaman ərzində biletlərin satışı bərpa ediləcək.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakıdakı kassalarından görüntülər:
 
 
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cərimələrlə bağlı qaydalar dəyişdirilir - VİDEO
İqtisadiyyat 02:05
Cərimələrlə bağlı qaydalar dəyişdirilir - VİDEO
Bank müştərisi etiraz edir - VİDEO
İqtisadiyyat 23:10
Bank müştərisi etiraz edir - VİDEO
Bakıda lüks avtomobillərin günlük icarəsi – QİYMƏT + VİDEO
İqtisadiyyat 10:21
Bakıda lüks avtomobillərin günlük icarəsi – QİYMƏT + VİDEO
Bu benzindən istifadə etməyin - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ+VİDEO
İqtisadiyyat 22:47
Bu benzindən istifadə etməyin - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ+VİDEO
Bu peşə sahibləri patent vergisi ödəyəcəklər - VİDEO
İqtisadiyyat 22:15
Bu peşə sahibləri patent vergisi ödəyəcəklər - VİDEO
Avtomobilin istismarını qadağan edən hallar -  Cərimə Olacaq+VİDEO
İqtisadiyyat 22:07
Avtomobilin istismarını qadağan edən hallar - Cərimə Olacaq+VİDEO
Mənzili qeydiyyatsız olanlara ŞAD XƏBƏR! - VİDEO
İqtisadiyyat 22:57
Mənzili qeydiyyatsız olanlara ŞAD XƏBƏR! - VİDEO
Ev təhvil alarkən diqqətli olun – VİDEO
İqtisadiyyat 12:40
Ev təhvil alarkən diqqətli olun – VİDEO
Azərbaycanda tikilən unikal körpününün görüntüləri yayıldı – VİDEO
İqtisadiyyat 21:20
Azərbaycanda tikilən unikal körpününün görüntüləri yayıldı – VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol