Verilişlərimizdə reklam olunub həbs edilən məşhurlar - SİYAHI

01:33 | 23.05.2018
Verilişlərimizdə reklam olunub həbs edilən məşhurlar - SİYAHI

Verilişlərimizdə reklam olunub həbs edilən məşhurlar - SİYAHI

Son günlər Azərbaycan verilişlərində reklam olunan həkimlər, ekspertlərin həbs xəbəri gündəmdədir.

Adətən tanınmış aparıcılarımız tərəfindən "tərifi göyə qaldırılan", məşhurlaşdırılan bu insanların əslində insan sağlamlığına və psixologiyasına, eyni zamanda cibinə zərər verən işlərlə məşğul olduğu gec-tez üzə çıxır.

BiG.AZ həmin şəxslərin siyahısını təqdim edir:

Aparıcı Xoşqədəm Hidayətqızının reklam etdiyi həkim saxtakar çıxıb.

"Səni axtarıram" verilişində iştirak etmiş Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsininnin müdiri Dr. Mircəlal Kazımi yanlış diaqnozu ilə yeniyetmənin həyatını təhlükəyə atıb.

O, bir müddət öncə yardıma ehtiyacı olan Göytəpə şəhərə sakini 17 yaşlı Nərmin Xudiyevanı müayinə edib. Həkim müayinədən sonra xəstəyə qaraciyər sirrozu diaqnozu qoyub. Bununla yanaşı, Xudiyevanın ailəsindən 10 min manata yaxın pul alıb. Əməliyyatın gerçəkləşməsi üçün isə ailədən 40 min manat pul istəyib.

Eyni zamanda, həkim Nərminin özündəngetmə hallarının artmasından sonra isə xəstəxanaya yatırılması üçün 2500 manat depozitin qoyulmasını bildirib. Lakin xeyirxah insanların köməyliyi və araşdırmasından sonra məlum olub ki, diaqnoz yanlış qoyulub. Sən demə, N.Xudiyeva əslində qaraciyər sirrozundan deyil, Vilson xəstəliyindən əziyyət çəkirmiş. Onun sağalması üçün əməliyyata heç bir ehtiyac yoxdur.



***

Baş Prokurorluq tərəfindən rəsmi surətdə bildirilib ki, saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.

Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən" verilişidir.



***

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin barəsində cinayət işi başlanıb. Cinayət işini birlik sədrinin qohumu Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb. 

Şikayətçi Həcər Kəngərli açıqlamasında bildirib ki, bir müddət əvvəl K.Ağazadənin təşkilatında işlədiyi Mahir Bayramovla birlikdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsinə ərizə yazıblar. Onun sözlərinə görə, şikayət etməsinə səbəb K.Ağazadənin onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən almasıdır. Məcəlləsinin 308.1-ci, 178.2.3 və 178.2.4-ci maddələri ilə cinayət işi başlanıb. 




***

Tanınmış azərbaycanlı vəkil Rəna Həsənli beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yer alıb.

R.Həsənli dələduzluqda təqsirli bilinir və ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib.
Xatırladaq ki, Rəna Həsənli vəkillik fəaliyyəti ilə yanaşı, bir sıra tok-şoularda ekspert qismində çıxış edib. R.Həsənli daha çox Zaur Baxşəliyevin aparıcısı olduğu "Onun yarısı" verilişindən tanınır. 




***

Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yaydığı məlumata əsasən, Bakı şəhərində yaşayan, Binəqədi rayonunda fəaliyyət göstərən "Cənnət Parapsixologiya Mərkəzi" MMC-nin direktoru, özünü "Həzrət Sabir" kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. 

Guya mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində Sabir Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb. 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tadbiri nəticəsində o, cinayət başında tutulub. 


***

Azərbaycan telekanallarının ulduzuna çevrilən və bir neçə gün əvvəl vəkillik fəaliyyəti dayandırılan Şəfiqə Nağıyeva haqqında da həbs xəbəri çıxıb.

Məlumatda qeyd olunur ki, Şəfiqə Nağıyevanın vəkillik fəaliyyətinin dayandırılmasından sonra Azər Tağıyevi sərt ifadələrlə tənqid və ittiham etməsi kollegiya sədrini hərəkətə gətirib. Belə ki, Azər Tağıyev ayrı-ayrı zamanlarda vətəndaşların Şəfiqə Nağıyeva barəsindəki şikayətlərinin toplanaraq, prokurorluğa göndərilməsi barədə göstəriş verib.
Həmin şikayətlərdə isə Şəfiqə Naıyevanın vətəndaşlartda külli miqdarda pullar aldığı lakin vədlərinə əməl etmədiyi iddia olunur.


Ruhi Muradova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM