Vəzifəsindən azad olunan Fazil Məmmədovdan açıqlama

15:56 | 06.12.2017
Vəzifəsindən azad olunan Fazil Məmmədovdan açıqlama

Vəzifəsindən azad olunan Fazil Məmmədovdan açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

"Bizimyol.info” xəbər verir ki, dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə Vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı çoxlu müzakirələr aparılıb. Onun işdən azad olunması ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.

"Bizimyol.info” saytı müzakirə olunan məsələlər haqda ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədova zəng edib.Eks nazir saytımıza açıqlamasında Prezidentin qərarının müzakirə edilməz olduğunu bildirib.

"Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm.”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb