Övladını itirən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

14:58 | 24.05.2018
Övladını itirən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Övladını itirən azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Şou-biznesdə məclislərin bəzəyi olan məşhurlarımızı həmişə deyib gülən, şən əhval-ruhiyyədə görə bilərik. Ancaq onların arasında övladını faciəvi şəkildə və amansız xəstəlikdən itirənlər də var.

BiG.AZ övlad itkisi yaşayan tanınmışlarımızı təqdim edir:

Əməkdar artist Zöhrə Abdullayevanın oğlunun vaxtsız ölümü hər kəsi çox sarsıtdı. 

Müğənninin övladı beyin xərçəngindən dünyasını dəyişdi. Yeganə oğlunu amansız xəstəlikdən xilas edə bilməyən əməkdar artistimiz "Məni dərdimlə tək buraxın" deyərək üsyan etdi.

Məşhur bəstəkarlar Nailə və Hikmət Mirməmmədli də övlad acısı yaşayıb. Onların oğlu dənizdə boğularaq faciəvi şəkildə həyatını itirib.

Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev də faciəli şəkildə dünyasını dəyişib. Onun avtomobili müəmmalı şəkildə yanıb. B.Mustafayev qapını aça bilmədiyindən maşının içərisində yanaraq ölüb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində baş verib.

Tanınmış aparıcı Afaq Gəncəlinin oğlu Qədirxan 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Xalq şairi Fikrət Qoca da övladını itirən məşhurlardandır. Onun oğlu Yalçın Qocayev dostları tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.

Xalq artisti, diktor Şərqiyyə Hüseynovanın qızı da beyin qanaması nəticəsində vəfat edib.

Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev isə həbsxanadan çıxdıqdan bir il sonra dünyasını dəyişib

Xatırladaq ki, xalq artistinin oğlu adam öldürdüyünə görə 14 il məhbəs həyatı yaşayıb. Vərəm xəstəliyindən əziyyət çəkən Fərid Quliyev həbsxanadan çıxdıqdan sonra bir müddət xəstəxanada, evdə müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Övladını vaxtsız itirən məşhurlardan biri xalq artisti, bəstəkar Ramiz Zöhrabovdur. Onun oğlu Rəşad Zöhrabov ağır yol qəzası nəticəsində dünyasını dəyişib.

Əməkdar artist, aktrisa Kübra Əliyeva da övlad acısı yaşayan məşhurlardandır. Onun böyük oğlu Rauf Məmmədov həbsxanada dünyasını dəyişib.

Qeyd edək ki, əməkdar artistin oğlu Bakıda aptekə basqın edərək, satıcı qıza xəsarət yetirib, kassa aparatından 505 manat pul apardığına görə həbs olunmuşdu. Uzun müddət narkotik maddələrin istifadəçisi olan R.Məmmədov bundan əvvəl də bir neçə dəfə məhbus həyatı yaşamışdı. Sonuncu həbs isə onun ölümünə səbəb olub.

Xatırladaq ki, aktrisa Kübra Əliyeva bir neçə il əvvəl də övlad acısı yaşamış, kiçik oğlunu faciəli şəkildə itirmişdi.

Əməkdar artist, Gəncə Dövlət Teatrının aktyoru Salam İsmayılın oğlu faciəvi şəkildə dünyasını dəyişib. Məlumata görə, onun ürəyində müəyyən problemlər olub. Taksi sürücüsü kimi fəaliyyət göstərən S.İsmayılov işıqforun qırmızı işığında dayanıb, yaşıl işıq yanıb, maşını yerindən tərpənməyib. Ətrafdakılar siqnal versələr də, xeyri olmayıb. Məlum olub ki, o, keçinib. Mərhumun iki azyaşlı övladı var idi.

Sevilən aktyor, əməkdar artist Rəhman Rəhmanovun ortancıl oğlu İlham dünyasını dəyişib. İlhamın balkonda ayağı ilişib və yerə yıxılıb. Beyninə kiçik bir qənbər girib və beləcə, yeni toyu olan İlham 27 yaşında dünyasını dəyişib. 

Xalq artisti Səməd Səmədovun ilk evliliyindən olan oğlu Emin 24 yaşında dünyasını dəyişib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM