Xameneidən bahalaşmaya qarşı tapşırıq

22:44 | 11.10.2018
Tehranda bir sıra rəsmilərlə görüş keçirən İranın Ali dini lideri Əli Xamenei ciddi tapşırıqlar verib.

Axar.az xəbər verir ki, Xameneinin ofisindən yayılan məlumata görə, dini lider rəsmilərə ölkədəki bahalaşmanın qarşısının alınması, iqtisadi durumun düzəldilməsi ilə bağlı tapşırıqlar verərək, dərhal tədbirlər görülməsini istəyib.

Xamenei ABŞ-ın sanksiyalarına qarşı ölkənin öz təbii sərvətlərindən istifadə etməli olduqlarını bildirib.

www.anews.az