Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı

09:52 | 25.09.2018
Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı

Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı

Avstraliyanın Viktoriya ştatının Kerolayn-Sprinqs şəhərinin sakinini yalan danışaraq, ianə topladığına görə cəza gözləyir. 

Oxu.Az "Daily Mail”ə istinadla xəbər verir ki, 26 yaşlı qadın pula ehtiyacı olduğu üçün iki ay müddətində yaxınlarına, dostlarına və qohumlarına qaraciyər xərçənginə tutulduğunu deyib. 

Çoxları ona kömək etməyə razılıq verib, nağd və ya bank vasitəsilə ona yardımı çatdırıb. Qadın bu yolla 9000 Avstraliya dolları (6500 ABŞ dolları - red.) yığıb. 

Yalan üzə çıxdıqda isə məsələyə hüquq-mühafizə orqanları qarışıb. Ona qarşı aldatma yolu ilə mülkiyyətin alınması ittihamı irəli sürülüb. Hazırda polis zərərçəkmiş şəxsləri axtarır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM