Xərçəngə qarşı effektiv peyvənd yaradıldı

22:49 | 16.02.2018
Xərçəngə qarşı effektiv peyvənd yaradıldı

Xərçəngə qarşı effektiv peyvənd yaradıldı

San-Fransiskoda Kaliforniya Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən, həmçinin şişə qarşı reaksiyanı stimullaşdıran genetik modifikasiya olunmuş virus yaradıb.

Anews.az xəbər verir ki, bu barədə "Medical Xpess” pres-relizində deyilir.

Pexa-Vec onkoloji virusunu suçiçəyi virusunun modifikasiya olunmuş variantı adlandırmaq olar. Ona immun hüceyrələrin artımını stimullaşdıran, kiçik peptid molekulu kodlaşdıran gen əlavə olunub.

Bundan savayı, virusdan "timidinkinaza” geni kənarlaşdırılıb. Nəticədə infeksion agent yalnız spesifik genlərdə (RAS və p53) kinaza miqdarının yüksək olduğu xərçəng hüceyrələrində çoxalır.

Pexa-Vec bədxassəli şişi qidalandıran qan damarlarının inkişafını məhdudlaşdırır, onun  artımını ləngidir. Peyvəndi damardaxili inyeksiya yolu ilə də orqanizmə yeritmək olar. Bu modifikasiya olunmuş infeksion agentin təkcə xərçəng mənbəyinə deyil, eyni zamanda, orqanizmin digər hissəslərində olan metaztazlara hücum çəkməsinə imkan verir.

Pexa-Vec mədəaltı vəzinin neyroendokrin xərçəngindən əziyyət çəkən siçanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, virus sağlam orqanları zədələmir, yalnız şişləri qidalandıran qan damarlarına təsir edir. İnfeksion agent bədxassəli şişlərin yalnız müəyyən qismini məhv etsə də, onun səbəb olduğu immun reaksiya yeni törəmələrin yoxa çıxmasına təkan verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb