“Xəzər” avtomobilləri satışa çıxarılır

14:27 | 08.06.2018
“Xəzər” avtomobilləri satışa çıxarılır

“Xəzər” avtomobilləri satışa çıxarılır

Gələn həftədən Neftçalada fəaliyyət göstərən "Xəzər" avtomobil zavodunun istehsal etdiyi maşınlar satışa buraxılacaq.

Axar.az xəbər verir ki, bu barədə "Xəzər" avtomobil zavodunun rəhbəri Emin Axundov deyib.

O bildirilib ki, satışlar Bakının 3 məntəqəsində həyata keçiriləcək. Satış məntəqələri "Ziya Bünyadov", "Babək" prospektlərində və "Badamdar" qəsəbəsində olacaq.

"Xəzər" avtomobil zavodunun maşınları 16 və 18 min manata satılacaq. Zavodda istehsal olunan maşınlar "Xəzər LD" və "Xəzər SD" olmaqla 2 modeldən ibarətdir. "Xəzər LD" modelinin qiyməti 18 min manata, "Xəzər SD" modelinin qiyməti isə 16 min manatdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti