Xəzərdə balıqçı itkin düşüb

09:13 | 17.04.2018
Xəzərdə balıqçı itkin düşüb

Xəzərdə balıqçı itkin düşüb

Xəzər dənizində balıqçı itkin düşüb.

Anews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM