Xəzərə “Kamaz”la zibil tökənlər...

21:21 | 20.07.2018
Xəzərə “Kamaz”la zibil tökənlər...

Xəzərə “Kamaz”la zibil tökənlər...

Xəzər dənizinin sahilinə "Kamaz”la tullantı boşaldan şəxslər aşkarlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, fakt Xəzər rayonu ərazisində reyd zamanı üzə çıxıb. Müəyyən edilib ki, rayonun sahil zolağına "Kamaz” markalı 99 KZ 932, 90 CR 686 və 10 CD 468 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərdən tullantılar boşaldılır.

Faktlarla bağlı avtomobillərin sahibləri Saleh Cəfərov, Rauf Məmmədov və Elməddin Vəliyev barəsində protokollar tərtib edilib və qanun pozucularının hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə olunublar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb