Xorvat futbolçu rus xalqından üzr istədi

12:30 | 12.07.2018
Xorvat futbolçu rus xalqından üzr istədi

Xorvat futbolçu rus xalqından üzr istədi

Futbol üzrə Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida dünya çempionatının 1/4 final mərhələsində Rusiya millisinə qalib gəldikdən sonra səsləndirdiyi şüarlara görə rus xalqından üzr istəyib.

Axar.az xəbər verir ki, bu barədə Vida "Rusiya 24” telekanalının efirində danışıb.

"Səhv etdiyimi bilirəm. Rus xalqından bir daha üzr istəyirəm. Bu barədə düşünməmişdim. Bu həyatdır, səhvlərimizdən öyrənmək lazımdır”, - Vida bildirib.

Xatırladaq ki, Rusiya ilə oyundan sonra Xorvatiyanın müdafiəçisi Domaqoy Vida və nümayəndə heyətinin üzvü Oqnen Vukoyeviç Ukrayna lehinə şüarlar səsləndirib. Vukoyeviç ruslar üzərində qələbənin Kiyev "Dinamo”suna və Ukraynaya həsr olunduğunu bildirib. Xorvatların bu fikirləri Ukraynada böyük dəstək görüb. Ukrayna Prezidenti Pyotr Poroşenko da Vida və Vukoyeviçin bu əməlini yüksək qiymətləndirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb