Son günlər sosial şəbəkələrdə və siyasi kuluarlarda yenidən ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycanda növbədənkənar parlament seçkiləri məsələsidir.
Belə ki, bir çoxları prezident seçkilərinin vaxtından əvvəl keçirildiyi, xüsusilə, 2025-ci ildə növbəti prezident və parlament seçkilərinin eyni ilə düşdüyü üçün 2020-ci il parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyəni, erkən seçkilərə gediləcəyini iddia edirlər.
Hətta, bəzi versiyalara görə, seçkilər 2019-cu ilin mart ayında keçirilə bilər.
Ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) belə düşünmür və səslənən iddiaları qəbul etmir.
Adıçəkilən partiyanın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov Oxu.Az-a açıqlamasında yayılan məlumatların və irəli sürülən ehtimalların, versiyaların əsassız olduğunu iddia edib.
"Azərbaycanda vaxtından əvvəl - növbədənkənar parlament seçkiləri gözlənilmir.
Parlament seçkilərinin vaxtı bəllidir, növbəti seçkilər 2020-ci ilin payızında, öz vaxtında keçiriləcək.
Ona görə də səslənən fikirləri, yayılan məlumatları doğru hesab etmirəm.
Gündəmdə belə bir məsələ yoxdur”, - deyə, YAP rəsmisi sözlərinə əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !