Yaşı 65-i keçənlərə maşın sürmək qadağan edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, layihə haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, "BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 ("B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), Tramvayları, trolleybusları idarəetmə hüququ 21, ”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 21 ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 23 (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ 26 yaşdan (65 yaşadək və "D” kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.
Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər