Yayın ən populyar klipləri açıqlandı

15:00 | 08.09.2017
Yayın ən populyar klipləri açıqlandı

Yayın ən populyar klipləri açıqlandı

"Google” yayın ən populyar 25 musiqi klipini açıqlayıb.

anews.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

"29 maydan 4 sentyabradək, son bir ildə paylaşılmış mahnıları baxış sayına görə sıraladıq”,-deyə məlumatda qeyd olunur.

İlk pillədə Luis Fonsi və Deddi Yankinin "Despacito” klipi yerləşib. O, 3 milyard baxış toplayaraq, dünya rekordu qırıb.

İkinci sırada Ed Şiranın "Shape of You”, üçüncü sırada isə Malum kimi tanınan Xuan Luis Londonyo Arianın "Feliceslos 4” ifası yer alıb.

Top 25-ə Cey Balvin, Clean Bandit, Ceyson Derulo, Şakira, Bruno Mars, Enrike İqlesias və digər ifaçıların klipləri daxil olub.

Xatırladaq ki, "Despacito” mahnısının klipi "YouTube” tarixində ən çox baxılan video olub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb