Yeni icra başçısının DOSYESİ açıqlandı

23:52 | 18.06.2018
Yeni icra başçısının DOSYESİ açıqlandı

Yeni icra başçısının DOSYESİ açıqlandı

Xəbər veridiyimiz kimi, prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Anews.az məlumatına görə, Binəqədinin yeni başçısının tərcümeyi-halı barədə məlumat açıqlanıb.

Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, Elxan Şamil oğlu Allahverdiyev 15 iyun 1960-ci il tarixində Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirib.

Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışıb.

1998-ci ildən 2005-ci ilədək "Meridian” MMC-də direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet” firmasının kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex” MMC-də idarə heyəti sədrinin müavini vəzifələrində işləyib.
2017-ci ildən son təyinatadək "Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM