"Yeni ildə Şahdağda xizək sürəcəyəm" - Deputatların bayram planı

13:52 | 13.12.2018

"Yeni ildə Şahdağda xizək sürəcəyəm" - Deputatların bayram planı

Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə sayılı günlər qalıb. Bir çoxları bayramı bölgələrdə və xarici ölkələrdə qeyd etməyi sevir. 

BiG.AZ Milli Məclis deputatlarının bayramı harda keçirəcəyi ilə bağlı sorğu keçirib. 


Deputat Naqif Həmzəyev: "Mən bayramı ailəmlə birgə doğma Gəncə şəhərində keçirəcəyəm. Bundan əlavə aztəminatlı ailələrə, valideynlərini itirmiş uşaqlara bayram sovqatı paylayacağıq. Bundan əlavə hər il olduğu kimi partiya veteranları ilə də görüşəcəyəm. Həm də Gəncə ətrafında yerləşən hərbi hissələri baş çəkib, əsgərlərlə görüşməyi düşünürəm. Bayram günlərində hər hansı bir xarici ölkəyə getməyi planlaşdırmıram". 


Deputat Eldəniz Səlimov: "Mən bayramı yaşadığım doğma Xaçmaz rayonunda ailəm və valideynlərimlə birlikdə qeyd edəcəyəm".


Deputat Azər Badamov: "Qusar turizm rayonu kimi hamı tərəfindən sevilir. Ayın 15-dən sonra Şahdağ turizm kompleksində də qış mövsümünə start verilir. Rayonun bütün otelləri turistlər tərəfindən indidən sifariş olunub. Demək olar ki, bayramlarda boş yerlər qalmayıb. Belə gözəl bölgəni təmsil etdiyimdən Yeni İl bayramını da təbii ki, ailəmlə bir yerdə Qusar rayonunda keçirməyi planlaşdırırıq. Bayramda fürsətdən istifadə edərək seçicilərimin arasında olacağam, həm də Şahdağda xizək sürməyi planlaşdırıram.

Deputat Sona Əliyeva: "Mən bayramı ailəmlə birgə Azərbaycanda keçirəcəm. Hazırda qızım ali məktəbə hazırlaşır. Ona görə ölkədən kənara çıxa bilmirik". 


Deputat Musa Qasımlı: "Mən Yeni ili evimdə ailəmlə birgə qarşılayacağam. Bayram günlərində hər hansı bir xarici ölkəyə getməyi düşünmürəm". 


Deputat Elman Məmmədov: "Mən bayramı ailəmlə Bakıda və rayonlarımızın birində qeyd edəcəm". 


Deputat Tahir Mirkişili: "Mən bayramı Bakıda ailəmlə birgə qeyd edəcəyəm. Bayram günlərində isə Azərbaycanın rayonlarından birinə səfər etməyi düşünürəm". 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb