• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Yeni metro stansiyalarında eskalatorların işləməməsinin səbəbləri məlum oldu

Yeni metro stansiyalarında eskalatorların işləməməsinin səbəbləri məlum oldu
05.05.2016 16:57
Bakı metrosunun yeni açılan "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında quraşdırılmış eskalatorlar müəyyən edilmiş qaydalar və təlimatlar əsasında işləyir. 

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev son günlər KİV-də metronun yeni açılan stansiyalarında problem və çatışmazlıqlar barədə yazılanların əsl səbəbini "Report"a açıqlayarkən bildirib: "Onların hərəkətində hər hansı bir qanuna uyğunsuzluq yoxdur".

"Metropolitenin iş rejminə dair qəbul olunmuş qayda və təlimatlarda eskalatorların hündürlüyü və iş prinsipləri barədə məlumat verilib. Belə ki, eskalatorun hündürlüyü 5 metrə qədərdirsə, həmin yerdə eskalatorun qoyulması məcburi deyil, yəni, sərnişinlərin düşüb-qalxması üçün pilləkənlər qoyulur. Eskalatorun hündürlüyü 5-7 metr arasıdırsa, burada eskalator ancaq yuxarı çıxmaq üçün qoyulmalıdır. Düşmək üçün isə pilləkən olmalıdır. Amma hündürlük 7-10 metrdisə, orada məcburən həm eniş, həm də çıxış üçün eskalatorlar qoyulmalıdır", - deyə N.Paşayev qeyd edib.

Metronun "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışında belə eskalatorların olduğunu bildirən N.Paşayev əlavə edib ki, söhbət keçiddən yuxarı çıxşı olan eskalatordan gedir.

"Eyni zamanda "Avtovağzal" və yeni Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasında giriş-çıxışdan keçidə düşmək üçün belə eskalatorlar quraşdırılıb. Diqqət yetirsəniz, piramidaların altında hər iki giriş-çıxışda iki eskalator və onların yanında pilləkən də var. Lakin bu o demək deyil ki, iki eskalator varsa, biri yuxarı, digəri aşağı işləməlidir. Dediyim təlimatlara əsasən, bu eskalatorlar ancaq yuxarı çıxmaq üçün nəzərdə tutulub. Yuxarı çıxmaq aşağı düşməkdən daha çətindir. Bu stansiyalarda eskalatorlardan biri hər zaman yuxarı işləyir, aşağı isə həmişə pilləkənlərdən istifadə edilməlidir", - deyə N.Paşayev bildirib.

Onun sözlərinə görə, stansiyalarda iki eskalator olmalıdır. Onlardan biri həm ehtiyatda saxlanılmalı, eyni zamanda gələcəkdə sərnişin sıxılığı olarsa hər iki eskalator eyni vaxtda işləyə bilər: "Bundan başqa, eskalatorla aşağı enərkən sərnişinlərin sıxlığı müşahidə edilərsə, bu halda hətta qurğu aşağıya doğru da hərəkət edə bilər. Lakin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında sərnişin sıxlığı hələ çox deyil, eskalatorları normal qaydalara uyğun olaraq işlədirik. Bu stansiyalarda onların hündüryü 5-7 m olduğuna görə, orada ancaq yuxarı çıxan eskalatorlar işləyir, aşağı düşərkən sərnişinlər pilləkənlərdən istifadə edirlər". 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İqtisadiyyat 14:55
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
İqtisadiyyat 11:03
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:33
Qızılın qiyməti ucuzlaşıb


Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
İqtisadiyyat 09:35
Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
İqtisadiyyat 09:14
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
İqtisadiyyat 17:45
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol