Yeni nazirdən yeni təyinat

12:38 | 11.05.2018
Yeni nazirdən yeni təyinat

Yeni nazirdən yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Anar Əliyevə tapşırılıb.

Report-un xəbərinə görə, bununla bağlı nazir Sahil Babayev qərar qəbul edib.

A.Əliyev Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müşaviridir.

Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasən işdən çıxarılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb