Yeni seçilən erməni deputat istefa verdi

20:24 | 23.05.2018
"Yelk" fraksiyasının üzvü Alen Simonyan Ermənistan parlamentindəki deputat mandatından imtin edib.
 
AzVision.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində məlumat yayıb.

Bildirib ki, məsələ ilə bağlı İrəvan meri Taron Markaryanı məlumatlandırıb və bundan sonra fəaliyyətini İrəvanın Ağsaqqallar Şurasında davam etdirəcək. Erməni deputat istefasının səbəblərini açıqlamayıb. 

Qeyd edək ki, Alen Simonyan cəmi 1 həftədir ki, deputat mandatı almışdı. O, mayın 22-də parlamentdəki ilk və son iclasında iştirak edib. 

www.anews.az

Xəbər lenti