Yeni valyutadəyişmə məntəqələri gəlir

11:10 | 31.01.2018
Yeni valyutadəyişmə məntəqələri gəlir

Yeni valyutadəyişmə məntəqələri gəlir

"Valyuta tənzimi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında Prezidentin Fərmanı ilə müəyyən edilmiş valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktlar hüquqi qüvvəyə mindikdən sonra valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi prosesinə başlanacaq.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib.

E.Allahverdiyev qeyd edib ki, valyuta mübadiləsi məntəqələri açmaq üçün tələblər 21 dekabr 2017-ci il tarixdə Palata tərəfindən təsdiq edilmiş "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” ilə müəyyən edilib: "Qaydalar valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərinin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM