Yol polisi sürücüləri qəzadan belə qorudu - VİDEO

10:15 | 17.08.2018
Yol polisi sürücüləri qəzadan belə qorudu - VİDEO

Yol polisi sürücüləri qəzadan belə qorudu - VİDEO

Bir neçə gündür Şamaxı-İsmayıllı yolunda təmir işləri aparılır.

Avtosfer.az xəbər verir ki, yolun çala-çökək hissələri təmir edilir, nişanlanma xətləri yenilənir. Bu gün Muğanlı-İsmayıllı yolu üzərindəki dolaylarda xətləmə işləri aparılarkən yolda hərəkətdə olan sürücülər üçün təhlükəli vəziyyət yaranıb. Bunu nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları yolu təmir edənləri nəzarətə götürüb. 

Videodan da göründüyü kimi, 99 YP 800 və 99 YP 804 dövlət nömrə nişanlı DYP avtomobilləri yolu rəngləyən texnikanı öndən və arxadan nəzaratə götürüb. Arxadan gələn maşınlara 99 YP 804 nömrəli patrul avtomobilindəki inspektor sağdan keçməyi, öndən gələnlərə isə 99 YP 800 nömrəli patrul maşınındakı əməkdaşlar soldan və asta sürətlə hərəkət etmək barədə göstəriş verib.

Bu proses həmin yolun təhlükəli zonaları başa çatanadək davam edib. YPX maşınlarınən sayrışan işıqlar və səs siqnalı vasitəsilə verdiyi işarələri uzaqdan görən sürücülər dərhal sürəti azaldıblar. Bununla da baş verə biləcək qəzaların qarşısı alınıb. Bundan başqa, daha bir DYP inspektoru xətçəkən texnikanın üzərində əyləşərək texnikanı idarə edən sürücünün nizamlı hərəkət etməsinə köməklik gösətirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb