• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Hansi banklar yüksək faizlə əmanət qəbul edir? - SİYAHI

Hansi banklar yüksək faizlə əmanət qəbul edir? - SİYAHI
06.12.2017 23:44
 Azərbaycan bankları əhalidən cəlb edilən əmanətlərə təklif olunan faizləri aşağı salmağa başlayıblar. Əksər banklarda manat əmanətinə təklif edilən ilik qazanc faizi 10%-ə və ya daha aşağı düşüb.  
 
"Marja”nın apardığı araşdırma nəticəsində məlum oldu ki, yüksək faizlə (1 il müddətinə, 13% və daha yüksək faiz təklif edənlər) əmanət qəbul edən bir neçə bank qalıb. Həmin banklar, TuranBank, AtaBank, Dəmir Bank, MuğanBank, AGBank, AccessBank, NBC Bank və Bank Avrasiya-dır. Bu banklarda 1 il müddətinə, faizin götürülməsi şərtindən (aylıq, rüblük və ya müddətin sonunda) asılı olaraq 13-16,5%-lə əmanət yerləşdirə bilərsiniz. Qeyd edək ki, manat əmanətlərində sığorta faizi 15% təşkil edir.
 
Gələn ildən yüksək faizin olduğu bankların da faizləri aşağı salacağı gözlənilir. Bəlkə də, Dekabr ayı yüksək faizlə bankda əmanət yerləşdirmək üçün son aydır.
 
Yüksək əmanət faizlərinin olduğu bankların təklif etdiyi imkanlar fərqlidir. Bir bank əmanət yerləşdirənə hədiyyə verərkən, digər bank faiz qazancını əmanət yerləşdirən gün götürməyi təklif edir və s.  
 
06 Dekabr 2017-ci il tarixinə, 12 ay müddətinə, faizlərin götürülməsi şərtindən asılı olaraq faiz dərəcələri aşağıdakı kimidir. (Qeyd edək ki, banklar 13-36 ay müddətinə yerləşdirilən əmanələrə görə nisbətən yüksək faizlər təklif edirlər.)
 

Bankı adı

12 ay üçün faiz dərəcəsi

Access Bank

12,3-13%

AFB Bank

7%

AGBank

13-14%

Amrahbank

9-10%

AtaBank

15%

Azər Türk Bank

10,5-11%

Azərbaycan Beynəlxalq Bankı

9-10%

Azərbaycan Sənaye Bankı

12%                             

Bank Avrasiya

13%

Bank of Baku

12%

Bank BTB

11-12%

Bank Respublika

7-8%

Bank Silk Way

2%

Bank VTB (Azərbaycan)

11,4-12%

DəmirBank

13-15%

Expressbank

10-10,4%

Günay Bank

12%

Kapital Bank

8-8,5%

Muğanbank

15%

Naxçıvanbank

2-4%

NBCBank

13-14%

Paşa Bank

Min 30 min, Razılaşma ilə,

Rabitəbank

8-9%

TuranBank

16-16,5%

Unibank

9-10%

Xalq Bank

6%

Yapı Kredi Bank Azərbaycan

11%

Ziraat Bank Azərbaycan

9%


 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol